16.06.2017

Qubadlı rayonunun ümumtəhsil məktəblərində "Son zəng" və "Qurtuluş" günü yüksək səviyyədə qeyd edildi           

    Bu günlər Respublikamızda olduğu kimi rayonumuzun bütün təhsil müəssisələrində də “Son zəng” və Qurtuluş gününün təntənəli qeyd edilməsinə ciddi hazırlıq işləri görülmüşdür. 14 iyun”Son zəng”lə bağlı rayonun bütün idarə və müəssisə rəhbərləri, ictimayyət nümayəndələri təhsil müəssisələrində olmuş, onbiriciləri təbrik edərək onlara xeyr dualarını vermişlər. Rayonun Hafiz Quluyev adına texniki fənlər təmayüllü Çaytumas  məktəb-liseyi, Qara İlyasov adına Şəhər-1 saylı tam orta məktəblərində keçirilən tədbirlər özəlliyi ilə fərqlənmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Respublika Təhsil Nazirinin müavini Firudin Qurbanov cənabları adı çəkilən məktəblərdə olmuşlar. Öncə qonaqlara rayon təhsili haqqında ətraflı  məlumat verən Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov qeyd etdi ki, ötən illərdə olduğu kimi cari dərs ilinin ilkin nəticələri də xeyli uğurlu olmuş, kollektivlərimizi razı salmışdır. Bu il rayonun  32 ümum təhsil  məktəbi üzrə 621 nəfər IX, 31 tam orta məktəbdə 494 nəfər XI sinifləri bitirmiş, 7600 nəfərə yaxın şagirdimiz isə sinifdən sinifə keçmişdir. Ali məktəblərə sənəd verən 419 nəfər məzunun 73%-i  imtahanların birinci mərhələsində keçid ballarını toplamışdılar. Nəticələrin növbəti mərhələdə artırılması üçün məktəblərdə məqsəd yönlü tədbirlər keçirilməkdədir. 

       Çaytumas məktəb-liseyində  qonaqlar yüksək coşqu ilə salamlandıqdan sonra məktəb-liseyin direktoru Şamama Həsənova il ərzində əldə olunan nəticələrdən geniş söz açdı. Bu ilki XI nəticələrinin daha sevindirici olduğunu bildirdi, toplantı iştirakçılarına çatdırdı ki, məktəbin 21 məzmunundan 18 nəfəri ali məktəblərə sənəd vermişdilər. Birinci imtahanların nəticələri onların hamsının ali məktəblərə şanslı olduğunu göstərir. Sonra qonaqlar Q.İlyasov adına Şəhər-1 saylı tam orta məktəbində oldular. Qonaqların pedaqoji və şagird kolektivi tərfindən hərarətli salamlanmasından sonra məktəbin direktoru Hümbətəliyev Hümbət məktəbdə pedaqoji işin daha səmərəli qurulmasının nəticəsi olaraq qazanılan uğurlar haqqında ətraflı danışdı. Ali məktəblərə sənəd verən 10 məzunun hamısının ilkin mərhələdə keçid ballarının topladıqlarını qeyd etdi. Məktəblərdə il ərzində qazanılan nəticələrdə fəallıq göstərən müəllimlər, eləcədə dərs əlaçıları, il ərzində həyata keçirilən layhiələrdə yaxından iştirak edən  şagirdlər ”Fəxri mərman”larla təltif edildilər. Hər iki məktəbdə pedaqoji kollektivləri XI sinif, valdeyinləri salamlayan rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bu gün rayon məktəblərinin iş şəraitinin yetərincə yaxşılaşdırılması onun maddi tədris bazasının möhkəmləndirilməsi rayonda bütün sahələrdə xüsusən təhsil sferasında qazanılan uğurlar  Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qaydışı və onun müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı ideyalarının Respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olduğunu qeyd etdi.

         Daha sonra Respublika Təhsil Nazirinin müavini Firudin Qurbanov bugün respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən iri miqyaslı layhiələr, Azərbaycan təhsilinin inkşaf etdirilməsi istiqamətində qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyası, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təhsilin Dövlətin başlıca piriolitlərdən olması ilə bağlı fikirlərini kollektiv üzvülərinə çatdırdı, insan kapitalının inkşaf etdirilməsi istiqamətindəki fəaliyyətindən geniş söhbət açdı. Respublikamızda Təhsil Naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi ilə görülmüş işlər haqqında ətraflı məlumat verdi.

        Qonaqlar hər iki məktəbdə məzunlarla ətraflı söhbət edərək onlara tövsüyyələrini verdilər.