18.09.2017

Xıdırlı məktəbindən Cocuq Mərcanlıya tarixi qayıdış...

15 sentyabr 2017-ci il tarixdə Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində ilk zənglə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Savalan İmanov şagirdləri, müəllimləri və qonaqları salamlamışdır. Sonra natiq bugun ilk dərslərin Cocuq Mərcanlıya aid olacağını və bu haqda Təhsil Naziri cənab Mikayıl Cabbarovun müvafiq əmri olduğunu tədbir iştirakçılarına çatdırmışdır. Sonra məktəbin direktoru son illər Respublikada Prezident cənab İlham Əliyevin və Vitse-prezident Mehriban Əliyevanın təhsilə olan qayğısından söz açdıqdan sonra tədbir bədii hissə ilə başa çatmışdır.


Açar sözlər: ,  ,  ,