03.10.2017

Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyevin şəhid düşməsindən 25 il keçir

    03 oktyabr 2017-ci tarixində Qubadlı rayon Qəziyan kənd tam orta məktəbində Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev haqqında tədbir keçirilmişdir. Tədbirdə məktəbin kollektivi, şagirdlər, müəllimlər və valideynlər iştirak etmişlər. Məktəbin direktoru Milli Qəhrəmanın keçdiyi həyat yolundan, idman və hərbi fəaliyyətindən söz açmışdır. Məktəbin şagirdlərin hazırladıqları bədii səhnəciklər izləyicilər tərəfindən hüznlə izlənmişdir. Sonda məktəbin direktoru Yeganə İmanova torpaqlarımızın azad olunmasında Prezident İlham Əliyevin fəaliyyətindən və xidmətlərindən söz açmışdır. O, bildirmişdir ki, xalqımız azadlıqsevər və vətənpərvər xalqdır. Bizlər razı olmarıq ki, bir qarış torpaqlarımız da mənfur düşmənlərimizin ayaqları altında tapdalansın. Sonra natiq bildirmişdir ki, biz inanırıq ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə lazım gəlsə hər birimiz müsəlləh əsgər kimi döyüşəcəyik və torpaqlarımızı azad edəcəyik!


Açar sözlər: ,  ,