05.10.2017

2017/2018-ci tədris ilində rayon ümumtəhsil məktəbləri üzrə keçirilmiş bölmə iclası

    13 sentyabr 2017-ci il tarixdə rayon ümumtəhsil məktəblərində fənlər üzrə məktəb rəhbərlərinin və fənn müəllimlərinin iştirakı ilə bölmə iclası keçirilmişdir. İclasda məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçılar, Uşaq Birliyi Təşkilatı rəhbərləri, psixoloqlar, ibtidai siniflər üzrə metodbirləşmə rəhbərləri, dillər və ədəbiyyat üzrə metodbirləşmə rəhbərləri, riyaziyyat və informatika üzrə metodbirləşmə rəhbərləri, ictimai fənlər üzrə metodbirləşmə rəhbərləri, təbiət fənləri üzrə metodbirləşmə rəhbərləri, fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı üzrə metodbirləşmə rəhbərləri, Təhsil Şöbəsinin müdiri, müdir müavini, aparıcı məsləhətçilər, metodkabnetin müdiri və metodistlər iştirak etdilər. Bölmə iclasında 2017/2018-ci tədris ilində qarşıda duran məsəllələrlə bağlı müzakirələr aparıldı, rəy və təkliflər dinlənildi, bəzi məsəllələrə aydınlıq gətirildi və bölmə iştirakçılarına lazimi pedaqoji informasiyalar çatdırıldı.Ümumilikdə tədbirdə 588 nəfər pedaqoji işçi iştirak etmişdir.


Açar sözlər: ,