02.11.2017

25 oktyabr 2017-ci il tarixdə FHN-in Sumqayıt Regional Mərkəzi Qubadlı RTŞ Q. İlyasov adına 1 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir  

    Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi respublikada keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Qubadlı rayonu Q.İlyasov adına 1№-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

    Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir. 

    Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir. 

    Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

 

                                                                                 

 

 

 

 

 

 

 

 

 

 


Açar sözlər: ,