14.11.2017

 Bayrağım qürurum

    09 noyabr 2017-ci il tarixdə Qubadlı RTŞ şəhid Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbində Bayraq Günü böyük təntənə və coşqu ilə qeyd edilmişdir. Məktəbin direktoru Şəlalə Quliyeva bu günün önəmindən və keşməkeşli tarixindən söz açmışdır. Natiq 1918-ci ildə dalğalanaraq doğma Azərbaycanımızı dünyaya tanıdan şanlı, şəhid qanlarına boyanmış bayrağımızın 1990-cı ildə yenidən Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən rəsmi mərasimlə layiq olduğu yerinə sancılıdığından söhbət açmışdır. Tədbirdə məktəbin şagirdləri, müəllimlər və şəhid yaxınları da iştirak etmişlər. Tədbir şagirdlərin vətənə və şəhidlərimizə həsr olunmuş ədəbi-bədii parçalarla sona çatmışdır


Açar sözlər: ,  ,  ,