14.11.2017

09 noyabr 2017-ci il tarixdə Qubadlı Rtş Qaralar kənd tam orta məktəbində Bayraq Günü böyük təntənə ilə qeyd edilmişdir.

    09 noyabr 2017-ci il tarixdə Qubadlı Rtş Qaralar kənd tam orta məktəbində Bayraq Günü böyük təntənə ilə qeyd edilmişdir. Şagirdlərin və müəllimlərin hazırladıqları ədəbi-bədii səhnələr rəngarəngliyi və orijinallığı ilə göz oxşayırdı. Məktəbin direktoru Esmira Bayramova izləyicilər qarşısında çıxış edərək bu günün önəmindən və 1990-cı ildə növbəti dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən şanlı bayrağımızın layiq olduğu yerə sancılmasından və bayraq salnaməmizdən danışmışdır. Sonda natiq son zamanlarda cəbhədə şanlı Azərbaycan ordusunun qələbə xəbərlərindən və Lələtəpə əməliyyatından söz saldı. Məktəbin direktoru sonda bunu da qeyd etdi ki, biz inanırıq ki, xalqımız gərəkdiyində Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı azad etməyə və Üçrəngli Bayrağımızı Xankəndində sancmağa qadirdir