14.11.2017

Bayrağımız qürurumuzdur

    09 noyabr 2017-ci il tarixdə Qubadlı RTŞ şəhid Kərəm Mirzəyev adına Xanlıq 1 saylı kənd tam orta məktəbində Bayraq Günü münasibətilə "Bayrağımız qürurumuzdur" adlı tədbir keçirilmişdir. Tədbir məktəbin təşkilati işlər üzrə müavini Zita Məmmədovanın rəhbərliyi ilə təşkil edilmişdir. Müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi tədbir izləyicilərin zövqünü oxşamışdır. Şagirdlərin vətənə və bayrağımıza aid şeirləri izləyicilərə duyğulu anlar yaşatmışdır. Toplantıda iştirak edən Məktəbin direktoru Akifə Abdullayeva, mktəbin fizika müəllimi Akif Səmədov, hərbi hazırlıq müəllimi Sadıqlı Zaur və məktəbin tarix müəllimi Razi Sadıqov bu günün önəmindən, Prezident İlham Əliyevin gənclər siyasətindən və təhsilə verdiyi qiymətdən danışdılar. Sonda tədbirim təşkilatçısı Zita Məmmədova Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həlli yolundakı fəaliyyətindən söz açdı. Natiq bunu da vurğuladı ki, bu gün Azərbaycanın güclü ordusu var. Dövlətimiz regionda və dünyada baş verən iqtisadi və strateji layihələrdə mühüm rol oynayır. Xalqımız və ordumuz lazım gələrsə Ali Baş Komandan İlham Əliyevin əmri ilə mənfur qonşularımızı yerində oturtmağa qadirdir. Sonda Zita Məmmədova izləyicilərə bunu da bildirdi ki, şanlı bayrağımızı Lələtəpə kimi Xankəndinə sancağımız gün çox da uzaqda deyil! Tədbir məktəbin şagirdlərinin hazırladıqları bədii səhnələrlə sona çatdı.


Açar sözlər: ,  ,  ,  ,  ,  ,