14.11.2017

08 noyabr 2017-ci il tarixdə Qubadlı Rtş İşıqlı kənd tam orta məktəbində "Bayrağım-şərəfim, şanım" adlı tədbir keçirilmişdir.

    08 noyabr 2017-ci il tarixdə Qubadlı Rtş İşıqlı kənd taç orta məktəbində "Bayrağım-şərəfim, şanım" adlı tədbir keçirilmişdir. Tədbir məktəbin direktoru Aftandil Novruzovun rəhbərliyi və təşkilatçılığı ilə baş tutmuşdur. Məktəbin direktoru Aftandil Novruzov bu günün önəmindən və tarixindən söz açmışdır. O, 1918-ci ildə Şərqdə ilk müasir respublika olan ADR-ın üç rəngli bayrağının 1990-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisinə gətirilməsindən danışmışdır. Natiq sonda bunu da qeyd etmişdir ki, biz inanırıq yaxın gələcəkdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək və şanlı bayrağımız Qarabağda, Xankəndində, Qubadlıda dalğalanacaq.


Açar sözlər: ,  ,  ,  ,  ,