23.11.2017

22 noyabr 2017-ci il tarixində Qubadlı rayon Çardaqlı kənd tam orta məktəbində FHN-nin Sumqayıt Regional mərkəzi maarifləndirmə tədbiri keçirmişdir  

    22 noyabr 2017-ci il tarixində Qubadlı rayon Çingiz Quliyev adına Çardaqlı kənd tam orta məktəbində FHN-nin Sumqayıt Regional mərkəzinin maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir  "Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" adı altında baş tutmuşdur. Tədbirin keçirilməsində FHN-nin Sumqayıt Regional mərkəzinin  ictimaiyyətlə əlaqə və təbliğat sektorunun rəsmisi Emin müəllimin qeyd etdiyi kimi, məqsəd müəllim və şagirdlərin fövqaladə hallarda davranış qaydalarını və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və partlayış hadisələrinin qarşısının alınması, və bu məqsədlə məqsədilə profilatik tədbirlərin görülməsinə nail olmaq üçün keçirilmişdir.

    Tədbirdə FHN-nin Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Qubadlı rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

    Tədbirdə "Fövqaladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı dvranış qaydaları", "Ödsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərlikdə təhlükəsizlik qaydaları" və "112" qaynar xəti" mövzusunda çıxışlar edilmiş, mövzulara aid videoçarx nümayiş etdirilmişdir.

    Sonda mövzulara aid suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.