15.02.2017

Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
06.02.2017

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.

Ətraflı
30.01.2017

Təhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Ətraflı
24.01.2017

    20 yanvar faciəsinin 27-ci ildönümü Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbində qeyd edilmişdir

      20 yanvar faciəsinin 27-ci ildönümü Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbində qeyd edilmişdir

Ətraflı
18.01.2017

    Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində "20 yanvar faciəsi şagirdlərin gözü ilə" adlı rəsm yarışması keçirilmişdir

    18 yanvar 2017-ci il tarixdə Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində "20 yanvar faciəsi şagirdlərin gözü ilə" başlığı altında şagirdlər arasında rəsm yarışması keçirilmişdir. 

Ətraflı
18.01.2017

    "20 yanvar. Müstəqilliyə aparan yol".

    18 yanvar 2017-ci il tarixdə Qubadlı rayon Təhsil Şöbəsi Xıdırlı kənd tam orta məktəbində "20 yanvar. Müstəqilliyə aparan yol" başlığı altında müəllimlər arasında stend yarışması keçirilmişdir.

Ətraflı
16.01.2017

Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Ətraflı
16.01.2017

    Olimpiadanın rayon turu keçirilib

    15 yanvar  2017-ci il tarixdə Qubadlı rayon Təhsil Şöbəsinə aid təhsil müəssisələrində olimpiadanın birinci rayon mərhələsi keçirilib.

Ətraflı
10.01.2017

Respublika fənn olimpiadalarına start verilir

Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.

Ətraflı
10.01.2017

2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə

Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
09.01.2017

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Ətraflı
09.01.2017

Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
30.12.2016

    Qubadlı məktəblərində Dünya Azərbaycanlılarının Həmrəylik günü və “Yeni il” bayramı təntənə ilə qeyd edilmişdir

    Dekabrın 30-da Sumqayıt və Bakıda yerləşən Qubadlı rayon Təhsil Şöbəsinin tabeliyində olan Ümumi təhsil məktəblərində Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı münasibəti ilə tədbirlər keçirilib.

Ətraflı
20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı