20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı
20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ətraflı
15.12.2016

Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul edib.

Ətraflı
15.12.2016

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ətraflı
13.12.2016

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
12.12.2016

    Qubadlı rayon təhsil müəssisələrində silsilə anım tədbirləri keçirilib

12 dekabr 2016-cı il  tarixdə  Sumqayıtda  yerləşən Qubadlı rayon Təhsil Şöbəsinin  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri, “Dəyirmi masa”lar, debatlar və inşa yazı müsabiqələri  keçirilib.

Ətraflı
09.12.2016

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
07.12.2016

Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

Ətraflı
06.12.2016

     “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi

    Respublika Prezidenti Cənab İ.Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında”  18 fevral 2016 cı il tarixli 1786 №-li Sərəncamının  icrasına müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində xeyli işlər görülmüş, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Sərəncamla bağlı həyata keçiriləcək tədbirlərə aid rayonun bütün pedaqoji kollektivlərində maarifləndirmə aparılmış, eyni zamanda Nazirliyin tədbirlər planında nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı məktəb rəhbərlərinə məlumatlar verilmişdir.

Ətraflı
05.12.2016

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

Ətraflı
05.12.2016

    Ceyhun Hacıbəyli-125

    2015-02016-cı tədris ilində publisist, mütəfəkkir, jurnalist, ədəbiyatçı və 1918-ci ildə ADR-ın qurucularından biri olan Ceyhun Hacıbəylinin 125 illik yubileyi təntənə ilə qeyd edilmişdir

Ətraflı
02.12.2016

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.

Ətraflı
30.11.2016

“Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub

“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub.

Ətraflı
29.11.2016

Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək

2-4 dekabr 2016-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.

Ətraflı
23.11.2016

Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək

Noyabrın 23-də Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulacaq. İmtahanlarda 1000-dən çox rus dili və ədəbiyyatı (rus bölməsi), rus dili (Azərbaycan bölməsi), riyaziyyat və tarix müəllimi iştirak edəcək.

Ətraflı