05.04.2018

İnsan həyatında qidalı maddələrin əhəmiyyəti

    04 aprel 2018-ci il tarixində Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin VI sinifində məktəbin texnologiya və rəsmxət müəllimi Xeyri Fərziliyevanın açıq dərsi olub. Açıq dərsin mövzusu müasir dövrümüzdə istər şagirdlər, istərsədə valideynlər üçün aktual olan  "İnsan həyatında qidalı maddələrin əhəmiyyəti" olub. Açıq dərsdə məktəbin direktoru Svalan İmanov və məktəbin coğrafiya müəllimi Nigarə Abbasquliyeva iştirak edib. Açıq dərs və fənn müəlliminin fəaliyyəti şagirdlərin və müəllimlərin çox xoşuna gəlib. Sonda Xeyri Fərziliyeva şagirdlərə "İnsan həyatında qidalı maddələrin əhəmiyyəti" haqqında ətaraflı məlumat verib