08.05.2018

Qəzyan məktəbində Şuşanın ermənilər tərəfindən işğalının 26-cı ildönümü qeyd edilib

           Mayın 8-də Qəzyan kənd tam məktəbində Şuşanın ermənilər tərəfindən işğalının 26-cı ildönümü qeyd edilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Yeganə Məhərrəmova açıb. Sonra vətənimizin azadlığı və nüstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

           Məktəbin rəhbəri vətənimizin dilbər guşəsi Şuşanın ermənilər tərəfindən işğalının hər bir azərbaycanlının qəlbində ağır bir yara olduğunu vurğulayıb. 

           Sonra  Şuşadan olan sənətkarların və ədəblərin həyatından bəhs edən videoçarxlar nümayiş edilib.

    


Açar sözlər: ,  ,  ,