Sumqayıt şəhər YAP-n, Təhsil Şöbəsinin və İdman idarəsinin təşəbüsü ilə 02 noyabr 2018-ci il tarixdə IX,X, XI sinif şagirdləri arasında bilik yarışması keçirilmişdir. Yarışmada Sumqayıt, Abşeron və Qubadlı rayon şagirdləri iştirak etmişdir. Qubadlı rayon üzrə 28 nəfər şagird iştirak etmiş onlarda iki nəfər yarışmanın qalibi olmuşlar. İşıqlı kənd tam orta məktəbin XI sinif şagirdi Məmmədzadə Şükufə Cəlalədin qızı yarışmanın II yeri və Qaralar kənd tam orta məktəbin XI sinif şagirdi Mamedzadə Dəyanət Mübariz oğlu isə yarışmanın III yerinə layiq görülmüşlər. Yarışmada Qubadlı rayon Təhsil Şöbəsi yanında Metodkabnetin müdiri Araz Ələmdar oğlu Abbasov iştirak etmişdir.