14.02.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Qubadlı rayon Təhsil Şöbəsi rayonun C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirtdi.

        13 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və  Qubadlı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirildi. Tədbirdə “Fövqaladə hallar zamanı özünü necə aparmalı”, “Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə, “yanğınların başvermə səbəbləri  və yanğınların qarşısının alınması qaydaları” mövzusunda praktik tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik Tahir Quliyev, İdarənin rəis müavini Mirfuad Mahmudov, Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Qorxmaz Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin Başçısının müavini Xoşqədəm Alıyeva, Qubadlı rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, məktəbin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə ilk öncə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxıldı ,daha sonra bununla bağlı videoçarxlar tədbir iştirakçılarına nümayiş olundu.

     Tədbirdə iştirak edən FHN-nin  əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və sair mövzularda geniş məlumat verildi.Sonda məktəb şagirdləri və  FHN-i əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olundu.


Açar sözlər: ,  ,