05.03.2020

"Əsgərə salam" inşa yazı müsabiqəsi

       Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Əsgərə salam" hərbi-vətənpərvərlik aksiyası çərçivəsində keçirilmiş məktəblilər arasında inşa müsabiqəsinin qalibləri ilə görüş olub.
      Dövlət Komitəsinin sədri Rövşən Rzayev aksiyanın fəal iştirakçısı olan məcburi köçkün yeniyetmə və gəncləri salamlayıb, yüksək vətənpərvərlik göstərdiklərinə və öz bacarıqlarını nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.
      "Əsgərə salam" inşa yazı müsabiqəsinin qalibi Qubadlı rayonu B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbin şagirdi Muradlı Gülgün qalib olmuş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.


Açar sözlər: ,  ,