08.05.2020

Heydər Əliyev 97

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, tarixin yetişdirdiyi, hər bir azərbaycanlının qəlbində sonsuz məhəbbətə sahib olan dahi şəxsiyyətdir. Bu gün biz müstəqilliyimizi Ulu Öndərimizə borcluyuq. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi güclü daxili və xarici siyasət nəticəsində dövlətimiz yenidən parçalanaraq düşmən tapdağı altına düşməkdən qurtuldu. Ulu Öndərimiz Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi dühalar özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu Öndərin Azərbaycanın rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətin tarixin gedişində həlledici rol oynadığını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.

            Heydər Əliyevin atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və qırılmaz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətini müəyyən etmişdir.

            Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda onun öz gücünü xalqına və vətəninə olan sevgisindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük.

            Heydər Əliyevin keçdiyi bu şərəfli, qələbələrlə dolu həyat yolu Azərbaycan xalqı üçün bir örnək yolu, gənclər üçn heç vaxt unudulmayacaq, qəlblərdə yaşayacaq bir irsdir.  Ulu Öndər insan həyatının fəlsəfəsini belə izah edirdi: “Həyatın mənası çox yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət nümunəsi göstərmək və başqaları üçün nümunə olmaqdır.” Bu gün heç kəs inkar edə bilməz ki, Heydər Əliyev ömrü başdan-başa ləyaqət timsalıdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Qubadlı Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumi təhsil məktəblərinin şagirdləri arasında onlayn “İnşa”, “Rəsm” və “Şeir” müsabiqələri təşkil olunmuşdur. Müsabiqələrdə rayon məktəblərinin şagirdləri fəallıq göstərmiş, Ulu Öndərimizin şagirdlərimizin qəlbində qoyduğu  dərin izlərin, onların Heydər Əliyevə olan sevgisinin, məhəbbətinin nə qədər böyük olduğunu göstərmişdir. Müsabiqənin nəticələrinə artıq yekun vurulmuş, qalib gələn şagirdlər müəyyənləşdirilmişdir.

            “İnşa” müsabiqəsində qalib gələn şagirdlər:

            1-ci yer Çərəli kənd tam orta məktəbin X sinif şagirdi – Zeynalova Nazlı

            2-ci yer Çaytumas məktəb liseyin XI sinif şagirdi – İsmayılzadə Pakizə

            3-cü yerXanlıq kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi – Heydərova Hürü.

            “Şeir” müsabiqəsində yer tutan şagirdlər:

            1-ci yerDondarlı kənd tam orta məktəbin X sinif şagirdi – Hüseynov Əli

            2-ci yer Hal kənd tam orta məktəbin VII sinif şagirdi – İsayeva Ayşən

            3-cü yer Qaralar kənd tam orta məktəbin VII sinif şagirdi – İsmayılzadə Ayşən.

            “Rəsm” müsabiqəsində qalib gələn şagirdlər:

            1-ci yer Çaytumas məktəb liseyin IX b sinif şagirdi – Məmmədova Aysu

            2-ci yer Muradxanlı kənd tam orta məktəbin VI sinif şagirdi -  Məmmədova Məryəm

            3-cü yer Şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi – Məmmədov Kamal.

             


Açar sözlər: ,  ,