23.08.2020

"Ən yaxşı təqdimat"müsabiqəsinin qalibi

           Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 2019-2020-ci dərs ilində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində III yerə layiq görülmüş Qubadlı rayon H.Quliyev adına Çaytumas məktəb liseyin 10-cu sinif şagirdi Əhmədova Ləman İlham qızı Təhsil Nazirliyi tərəfindən III dərəcəli diplom və qiymətli hədiyyələrlə təltif edilmişdir. Təltif 21 avqust 2020-ci il tarixdə Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov tərəfindən qalibə təqdim olunub. Təqdimat Qubadlı Rayon Təhsil Şöbəsində keçirilmişdir.

       Qubadlı Rayon Təhsil Şöbəsi adından qalibi bir daha təbrik edirik.


Açar sözlər: ,