22.09.2020

Məktəblərdə monitorinqlər aparıldı

     

Qubadlı rayonunun ümumi təhsil müəssisələrində tədrisin pandemiya şəraitində təşkili vəziyyəti ilə əlaqədar monitorinqlər aparılmışdır.

Sentyabrın 22-də Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov H. Quliyev adına Çaytumas məktəb-liseyində, M. Ağayarov adına Kavdadıq, Əliquluuşağı, Mahmudlu kənd tam orta məktəblərində mövcud şəraitlə tanış olmuş, pandemiya şəraitində dərslərin keçirilmə formasını müşahidə etmişdir.

Həyata keçirilən monitorinqlər zamanı ümumi təhsil müəssisələrinin müvafiq qaydalara uyğun təchiz edilməsi, dezinfeksiyaedici maddələrlə tam təmin olunması, dərs prosesində müəllimlərin üz sipəri ilə yanaşı maskadan istifadə etmələri, məktəbdə şagirdləri maarifləndirmək üçün xüsusi posterlərin vurulması, həyətin müəyyən olunmuş qaydalara uyğun olaraq xətlənməsi məsələlərinə diqqət yetirilmişdir.

Eyni zamanda aşkar edilmiş nöqsanlara görə məktəb rəhbərliyinə müvafiq göstərişlər və tapşırıqlar verilmişdir.

 


Açar sözlər: ,  ,