05.09.2020

Çaytumas məktəb liseyi məzunları qəbul imtahanlarında uğurlu nəticələr göstərdi

   Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust və 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarında rayonumuzun ümumi təhsil müəssisələrinin şagirdləri yüksək nəticələr əldə etmişdir. Hafiz Quliyev adına Çaytumas məktəb-liseyinin məzunu Hüseynli Pərizad Nizami qızı IV ixtisas qrupu üzrə 672 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni əldə etmişdir. Eyni zamanda III ixtisas qrupu üzrə həmin məktəbin şagirdləri olan Məmmədova Nərmin İdris qızı 637, Nağızadə Sevda Azər qızı isə 607 bal toplamışlar. Liseyin 7 məzunu isə 500-dən yuxarı bal toplamağa nail olmuşdur.

1.İsgəndərov Teymur Süleyman oğlu-550 bal

2.Xıdırova Səbinə Bəxtiyar qızı-548 bal

3.Qarayeva Fatimə Eyvaz qızı-541 bal

4.Həziyev Elvin Namiq oğlu-534 bal

5.Sadıxova Xəyalə Arif qızı-521 bal

6.İsmayılzadə Pakizə Niyazi qızı-525 bal

7.Xıdırov Nihat Mübariz oğlu-512 bal

   Yüksək nəticə göstərən məzunlarımızı təbrik edirik!


Açar sözlər: ,  ,