Qubadlı rayon Şəhər 3 nömrəli tam orta məktəbin məzunlarından Kazımlı Aytac Sabir qızı buraxılış və I ixtisas qrupu üzrə qəbul imtahanlarından ümumilikdə 671, Qurbanlı Bəhruz Eldar oğlu isə 621 bal toplayaraq yüksək nəticələr əldə etmişlər. Həmçinin Kazımlı Aytac Sabir qızı 2019 - cu ildə keçirilmiş "Əlaçı" televiziya müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 3 şagirdi isə 500-dən yuxarı bal toplamışlar:
1. Quliyev Nəsib Zaur oğlu - 561
2. Şərifli İbrahim Natiq oğlu - 554
3. Əhmədova Aynurə Kamal qızı - 530
Yüksək nəticə göstərən məzunlarımızı təbrik edir, tələbəlik illərini də uğurla başa vurmalarını arzulayırıq.