07.09.2020

Qaralar kənd tam orta məktəbin məzunları qəbul imtahanlarında uğurlu nəticələr göstərdi

   Qubadlı rayon Qaralar kənd tam orta məktəbin məzunlarından Qasımova Səma Azər qızı buraxılış və III ixtisas qrupu üzrə qəbul imtahanlarından ümumilikdə 666 bal, buraxılış və I ixtisas qrupu üzrə qəbul imtahanlarından ümumilikdə Qənbərova Nurgün Şaiq qızı 608, İbadova Səbinə Nadir qızı isə 605 bal toplayaraq yüksək nəticələr əldə etmişlər. Həmçinin Qasımova Səma Azər qızı 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş "Mən Azərbaycanlıyam" milli bilik yarışmasının VIII mövsüm qalibi olmuş, Qənbərova Nurgün Şaiq qızı isə 2018-ci ildə Abşeron, Sumqayıt, Qubadlı məktəbliləri arasında Sumqayıt Dövlət Universiteti tərəfindən keçirilən İngilis dili olimpiadasında 2-ci yer tutmuşdur. Məktəbin 4 şagirdi isə 500-dən yuxarı bal toplamışdır:

1. Bəkirova Nigar Şaiq qızı - 574

2. Səlimova Aysel Qabil qızı - 537

3. Ağayeva Fidan Elçin qızı - 532

4. Kərimova Sidiqə Nizami qızı - 513

   Yüksək nəticə göstərən şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.


Açar sözlər: ,