Qubadlı rayonu Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin XI sinif şagirdi Abbasquliyeva Fatimə Məhəmməd qızı buraxılış və qəbul imtahanlarından ümumilikdə III ixtisas qrupu üzrə 652, Əsgərova Şəfəq Ələsgər qızı IV ixtisas qrupu üzrə 634, Sadıqova Fatimə Zaur qızı isə III ixtisas qrupu üzrə 608 bal toplayaraq yüksək nəticələr əldə etmişlər. Eyni zamanda məktəbin 2 şagirdi 500-dən yuxarı bal toplamışdır:
1. Cəbrayılzadə Orxan Şahin oğlu - 559
2. Əhmədov Allahverdi Şahmurad oğlu - 543
Əldə etdikləri yüksək nəticələrə görə məzunlarımızı təbrik edir, ən xoş arzularımızı bildiririk.