16.12.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının müzakirəsi

Qubadlı Rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə 19.11.2020-ci il tarixdə onlayn görüş keçirilmişdir. Görüşdə ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının mahiyyətinin müzakirəsi həyata keçirilmişdir. 

    Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov videokonfransda əmrin mahiyyəti, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə və digər məsələlərlə bağlı ətraflı məlumat vermişdir.


Açar sözlər: ,  ,