02.02.2021

"Doğma yurda qayıdış" onlayn inşa yazı müsabiqəsi

Qubadlı Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25-29 yanvar 2021-ci il tarixlərdə rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Gənclər günü" münasibəti ilə "Doğma yurda qayıdış" mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, Vətən müharibəsində qazanılmış böyük zəfərə töhfə vermək, tarixən bu torpaqlarda mövcud olan əhval-ruhiyyəni bərpa etməkdən ibarət idi. Müsabiqədə R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbin X sinif şagirdi Nəsib Nigar Elmar qızı I yer, B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Quliyeva Çimnaz Nahid qızı II yer və Ə. Əliyev adına Qəziyan kənd tam orta məktəbin IX sinif şagirdi İmanova Nuray Rəşad qızı III yerə layiq görülərək müvafiq diplomlarla təltif edilmişlər.

Qubadlı Rayon Təhsil Şöbəsi adından şagirdlərimizi təbrik edirik.