21.02.2021

21 fevral Beynəlxalq Ana Dili Günüdür

Qubadlı rayonunun ümumi təhsil müəssisələrində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə şagirdlərlə onlayn görüşlər təşkil edilmiş, ana dilinə həsr olunmuş şeirlər, aforizmlər səsləndirilmiş, videoçarxlar nümayiş etdirilmişdir. Tədbirlərin keçirilməsində əsas məqsəd ana dilimizi qorumaq, yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.


Açar sözlər: ,  ,  ,  ,