10.03.2021

Qalib xalqın yenilməz lideri

    Ulu Öndərin hakimiyyətə gəlməsi ilə inkişafa qədəm qoyan Azərbaycan dövləti güclü iradə göstərərək ”Bütövləşək və güclənək” prinsipləri üzərində hərəkata başladı.
    Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şüphəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Ümummilli Lider Heydər Əliyevin layiqli  davamçısı İlham Əliyev 17 il ərzində güclü bir dövlət və xalq formalaşdırdı. Onun qəbul etdiyi qərarlar və sərəncamlar, uğurlu siyasət həmişə xalqın istəyinə uyğun həyata keçirilmişdir. Müstəqil ölkə və demokratik  xalq olaraq bütün dünyada tanınmaq İlham Əliyevin ən böyük prinsipi idi. Ölkə başçısının siyasi iradəsi, əzimkarlığı altında yenilməz ordu formalaşdı.
  Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf kursunun da uğurla davam etdirilməsi hazırki milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biri qismində çıxış edir. Belə ki, makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayələşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
    Əcnəbi jurnalistlərlə keçirdiyi konfransda verilən suallara mükəmməl cavab verən lider qüdrəti və məntiqi təfəkkürü ilə dünyanı bir daha heyrətə gətirdi. İlham Əliyevin uğurlu siyasətinin nəticəsində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Yeni Azərbaycan Partiyası ərtafında birləşməyi qərara aldılar. 44 günlük Vətən müharibəsində birlik göstərərək ölkənin siyasi həyatında yeni dönəm başlatdılar. Eyni arzu, eyni istək, eyni hədəf  yeni inkişafın təkamülü olacaq. Bundan sonra da sağlam və xoşbəxt gələcəyə doğru aparan yolu cənab Prezidentimiz İlham Əliyev ilə birgə addımlayacağıq.
Biz sizinlə güclüyük !


Açar sözlər: ,  ,