24.03.2021

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahan mərhələsinin rayon üzrə qalibi

    Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatmışdır.

    Respublika üzrə ən yüksək nəticəni göstərən namizədlərdən biri Qubadlı rayon S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəbinin müəllimi Hüseynova Aynur Ramiz qızı olmuşdur. O, ümumilikdə, 50 bal toplayaraq  rayon üzrə 1-ci yerdə qərar tutmuşdur.

    Aynur Hüseynovanı təbrik edir, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,