29.03.2021

"Özünü öldürmə və özünü öldürməyə cəhd" ilə bağlı məktəblərdə psixoloji söhbətlər təşkil olunmuşdur

    Bütün dövrlər üçün cəmiyyəti narahat edən və düşündürən məsələlərdən biri də "Özünü öldürmə və özünü öldürməyə cəhd" hallarıdır. İntiharı doğuran müxtəlif səbəblər vardır (ailədaxili münaqişələr, şəxsiyyət pozğunluğu, özünüifadə qabiliyyətinin olmaması, fiziki və psixoloji təzyiqlərə məruz qalma, yaxınların itkisi və s.). İntihara meyilli şəxslər içərisində yeniyetmələrin üstünlük təşkil etdiyini nəzərə alsaq, ailədaxili münasibətlərin və təhsil müəssisələrində tərbiyə amilinin düzgün qurulması gələcəkdə bu kimi halların minimuma endirilməsinə səbəb olar. Məhz buna görə də, təhsil müəssisələrində məktəb rəhbərliyi və psixoloqların üzərinə müəyyən öhdəliklər düşür. Bu hallara dair Qubadlı rayonunun B. Məmmədov adına Fərcan, Mahmudlu, K. Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəblərində "İntihara son qoyaq", Əliquluuşağı, B. Əsgərov adına Xələc, İ. Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəblərində "İntihar çıxış yolu deyil", Xıdırlı, S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəblərində "İntiharın önlənməsi", A. Atakişiyev adına Muradxanlı, F. Mehdiyev adına Qaralar kənd tam orta məktəblərində "Özünü öldürmə və özünü öldürməyə cəhd" mövzularına həsr olunmuş məktəb rəhbərliyinin və psixoloqların təşkilatçılığı ilə V-IX sinif şagirdləri və onların valideynləri arasında mövcud pandemiya qaydalarına əməl olunmaqla əyani, A. Atakişiyev adına Muradxanlı, H. Quliyev adına Çaytumas, Şəhər 4 saylı tam orta məktəblərində isə onlayn qaydada maarifləndirici söhbətlər aparılmış, müvafiq məsləhətlər edilmişdir.


Açar sözlər: ,  ,  ,