31.03.2021

31 Mart soyqırımı qurbanları rayonun ümumi təhsil müəssisələrində ehtiramla yad edilib

    1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 

    Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayonun ümumi təhsil müəssisələrində xüsusi karantin rejiminin tələblərinə müvafiq olaraq həm əyani, həm də distant formada dərslər təşkil edilmiş, təqdimatlar, müxtəlif kompozisiyalar, videoçarxlar hazırlanmış, mart hadisələrinin qurbanları ehtiramla yad edilmişdir.

 


Açar sözlər: ,  ,  ,