22.04.2021

Gəncləri narkomaniya bəlasından qoruyaq

Rayonun R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbinin müəllim, valideyn və şagirdləri arasında xüsusi karantin rejiminin tələblərinə müvafiq olaraq onlayn formada "Gəncləri narkomaniya bəlasından qoruyaq" adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə valideynlərin və şagirdlərin maarifləndirilməsindən ibarət idi.


Açar sözlər: ,  ,  ,