20.04.2021

"Heydər Əliyevin uzaqgörən siyasəti qələbəmizin təməlidir" mövzusunda  inşa və rəsm müsabiqəsi

Qubadlı rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyevin uzaqgörən siyasəti qələbəmizin təməlidir" mövzusunda onlayn inşa və rəsm müsabiqəsinə start verilir.

20-30 aprel tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarının tarixi qələbəmizdəki rolunu yeni nəsillərə aşılamaq, siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaqdan ibarətdir.

 


Açar sözlər: ,  ,  ,