01.05.2021

Türk dünyasını birləşdirən dəyər – Zəngəzur dəhlizi

XIX əsrin əvvəllərində nəinki Azərbaycanın, hətta regionumuzun daxili siyasi-iqtisadi vəziyyəti gərgin idi.  Cənubi Qafqazda, o cümlədən Azərbaycanda öz maraqlarını təmin etməyə çalışan Çar Rusiyası hər vasitə ilə ermənilərdən bir alət kimi istifadə edirdi. Bundan sui-istifadə edən ermənilərin iddia qaldırdığı ərazilərimizdən biri də tarixi Zəngəzur mahalı idi. 1919-cu ilin noyabr ayında Tiflisdə Amerika və Böyük Britaniyanın vasitəçiliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti - Ermənistan arasında saziş imzalandı. Əldə edilən razılığa görə tərəflər hərbi hissələrini Zəngəzurdan çıxarmalı, mübahisəli məsələləri dinc yolla həll etməli idilər. Lakin ermənilər əksinə Zəngəzura əlavə yeddi minlik qoşun yeridərək 40 Azərbaycan kəndini dağıtmışdılar. XX əsrin 20-ci illərində isə Zəngəzur mahalı xaincəsinə Azərbaycandan alınaraq ermənilərə verilmiş, nəticədə Naxçıvanla Azərbaycanın digər əraziləri arasındakı quru sərhədi bağlanmışdır. Sonrakı tarixi dönəmdə Sovet hökuməti rəhbərliyinin xalqımıza qarşı olan ayrıseçkilik, repressiv  siyasəti nəticəsində bu məsələ zorla da olsa unutdurulmağa çalışılırdı. Yalnız XX yüzilliyin 70-ci illərində AK MK I katibi vəzifəsində çalışan, ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsu ilə yeni avtomobil yolu inşa edilməyə başlandı. Bu yol Mehridən keçən və Naxçıvan-Bakı avtomobil yolu idi. Bu yol eyni zamanda “Türklərin Böyük Turan Yolu” layihəsi hesab olunurdu. Lakin ermənilər yenə də havadarlarının köməyilə bu plana maneə olmağı bacardılar, yalnız maneə. Boş yerə deyilməyib ki, zaman hər şeyi yoluna qoyur, gec-tez haqqı, ədaləti bərpa edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanla olan siyasi problemləri dəfələrlə diplomatik yolla həll etməyə çalışsa da qarşı tərəfin qeyri-konstruktiv mövqe sərgiləməsi nəticəsində bu səmərə vermədi. Bu azmış kimi Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ Ermənistandır və s. bu kimi sərsəm açıqlamaları həm ölkə başçısının, həm də xalqın səbr kasasını daşırdı. Bütün bu baş verənlərin fonunda, nəhayət, 2020-ci ilin sentyabrın 27-də ölkə başçısı müzəffər ordumuza hücum əmri verdi. 44 gün davam edən II Qarabağ müharibəsində şanlı ordumuz “Dəmir yumruq” adı altında mənfur düşmənlərimizi pərən-pərən saldı. 2020-ci ilin 10 noyabr tarixində düşmən kapitulyasiyaya məhkum edildi, üçtərəfli bəyanata imza atıldı. Bəyanatın 9-cu bəndi Zəngəzurla bağlı olub, Zəngəzur dəhlizi -“Turan yolu” layihəsinin reallaşmasına zəmin yaradır. Bu layihə nəinki ölkəmizin, bütünlükdə regionumuzun geosiyasi vəziyyətini dəyişəcək, fəaliyyətin bütün sferalarında inkişafa birbaşa təsir edəcək. Türk dünyasının qarşılıqlı əlaqələrini, onların sıx inteqrasiyasını təmin edəcək, bəlkə də tarixi İpək yolunun yeni qaydada  əsası qoyulacaq. Ölkə başçısı İlham Əliyevin diplomatik ustalığı bir daha sübut edir ki, xalqımız tarixi və tarixi torpaqlarını unutmur. Bunu ölkə başçısının hələ 2018-ci ilin fevral ayında Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı işlətdiyi fikirlər sübut edir. Ölkə başçısı: -”Tarixi torpaqlarımızı unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığı, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.” Əgər günümüzdə Zəngəzur dəhlizi layihəsini reallaşdıra biliriksə, deməli tezliklə tarixi torpaqlarımıza - qədim  İrəvana, Göyçəyə də qayıtmaq bizə nəsib olacaq.

Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

 


Açar sözlər: ,  ,