06.05.2021

Müəllimlərin yerdəyişməsi ilə bağlı suallar “Whatsapp” hesabından cavablandırılacaq

 

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd müsabiqənin sənəd qəbulu zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Keçid: https://wa.link/yewiu1

“Whatsapp” nömrə: (+994) 51 206 78 48

 


Açar sözlər: ,  ,