10.05.2021

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn inşa yazı və rəsm müsabiqəsi

  

Qubadlı Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20-30 aprel 2021-ci il tarixlərdə rayonun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyevin uzaqgörən siyasəti qələbəmizin təməlidir" mövzusunda onlayn inşa yazı və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarının tarixi qələbəmizdəki rolunu yeni nəsillərə aşılamaq, siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaqdan ibarət olub.

Müsabiqədə inşa yazı üzrə Ş. Kərimov adına Çərəli kənd tam orta məktəbin şagirdi Zeynalova Nazlı Fəxri qızı I , B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Hümbətəli Ümidə Rövşən qızı II, R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbin şagirdi Nəsib Nigar Elmar qızı III yerə, rəsm üzrə isə A. Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbin şagirdi Məmmədova Məryəm Vüqar qızı I, F. Mehdiyev adına Qaralar kənd tam orta məktəbin şagirdi Nurulu Murad Məhərrəm oğlu II, Q. İlyasov adına Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Əzizova Aytac Bəxtiyar qızı III yerə layiq görülərək müvafiq diplomlarla təltif edilmişlər.

Qubadlı Rayon Təhsil Şöbəsi adından şagirdlərimizi təbrik edir, təhsil həyatlarında uğurlar arzulayırıq.

 


Açar sözlər: ,  ,  ,