16.05.2021

"Sən elə bir zirvəsən" mahnı müsabiqəsinin qalibləri

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı onlayn respublika mahnı müsabiqəsi yekunlaşıb.

Müsabiqə 2 yaş qrupunda (7-14, 15-20) xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilib.

Müsabiqədə xalq mahnıları nominasiyasında 7-14 yaş qrupu üzrə rayonun İ. Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbin şagirdi Əliyeva Rövşanə Əhməd qızı I, Q. İlyasov adına Qubadlı Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi İbrahimli Nurlan Mehman oğlu III, Mahmudlu kənd tam orta məktəbin şagirdi Şıxıyev Hüseyn İlyas oğlu isə həvəsləndirici yerə layiq görülərək müvafiq diplomlarla təltif edilmişlər.

Qubadlı Rayon Təhsil Şöbəsi adından hər üç şagirdimizi təbrik edirik.

 


Açar sözlər: ,  ,