31.05.2021

Təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan şagirdlərlə fərdi profilaktik işin aparılması

Rayonun Q. İlyasov adına Şəhər 1 nömrəli və İ. Qayıbov adına Saray kənd tam orta məktəblərində təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla psixoloqlar tərəfindən fərdi profilaktik iş aparılmışdır. Həmçinin həmin  şagirdlərlə qruplar şəklində də görüşlər təşkil edilmişdir.

Görüşlərin keçirilməsində məqsəd həmin şagirdlərin cəmiyyətə qazandırılmasından, təhsildən yayınma səbəblərinin müəyyənləşdirilib aradan qaldırılmasına köməklik göstərilməsindən, qanunsuz əməllərə təhrik edilməsinin qarşısının alınmasından ibarət olmuşdur.

 


Açar sözlər: ,  ,  ,