10.06.2021

"Uşaq nikahlarının qarşısının alınması" mövzusunda tədbir

10 iyun 2021-ci il tarixdə rayonun Xanlıq kənd 1 nömrəli və R. Əlirzayev adına Xocahan kənd tam orta məktəblərində "Uşaq nikahlarının qarşısının alınması" mövzusunda tədbirlər keçirilmişdir.

Tədbirlərdə uşaq nikahlarının yaranma səbəbləri, belə nikahlardan meydana gələn fəsadlar, qarşısını almaq üçün nə etmək lazım olduğu haqqında məlumat verilmişdir.

Tədbirin keçirilməsində məqsəd uşaq nikahlarının qarşısını almaq üçün şagirdlərin maarifləndirilməsindən ibarət olmuşdur.

 


Açar sözlər: ,  ,  ,