14.06.2021

"Son zəng" tədbirləri keçirilib

Rayonun B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəbində təşkil edilən "Son zəng" tədbirində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov da iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı Malik İsaqov məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Qələbə sevinci ilə təşkil edilən bu "Son zəng" tədbirində Vətən müharibəsindən söhbət açıb, bu müharibənin şanlı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan dövr olduğunu bir daha xatırladıb.

Daha sonra tədbirdə çıxış edənlər də öz növbəsində məzunları təbrik edib, onlara tələbə adına layiq görülüb öz əməlləri ilə vətənimizin adını, bayrağımızı həmişə zirvələrə ucaltmalarını arzu ediblər.

 


Açar sözlər: ,  ,  ,