16.06.2021

"Yay məktəbi"nə start verilib

16 iyun 2021-ci il tarixdə Qubadlı rayonunun ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə start verilib.

Qeyd edək ki, "Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.  I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

 


Açar sözlər: ,  ,  ,