08.07.2021

"Yay məktəbi"nin təşkilində fəallıq göstərən təhsil işçiləri "Təşəkkürnamə" ilə təltif edilib

Koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə 2021-ci ilin 16-30 iyun tarixlərində respublikanın ümumi təhsil müəssisələrində olduğu kimi rayonun ümumi təhsil müəssisələrində də “Yay məktəbi” təşkil edilmişdir.

Yay məktəblərində ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak etmişdilər. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar öyrədilmiş, bölmələr üzrə ümumiləşdirmələr aparılmış, kompleks mövzular üzrə tapşırıqlar işlənilmişdir.

Rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri və məktəblərin pedaqoji heyətləri “Yay məktəbi”nin təşkilində və uğurla başa çatmasında fəallıq göstərmişdilər. Qeyd edilənlər nəzərə alınaraq yay məktəblərinin təşkilində xüsusi fəallıq göstərən təhsil işçiləri Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir.

Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha Rayon Təhsil Şöbəsi adından təşəkkürümüzü bildiririk.


Açar sözlər: ,  ,