08.09.2021

Ali məktəblərə qəbul imtahanlarında 100 faiz nəticə göstərən Qubadlı rayonunun ümumi təhsil müəssisələri

2020-2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 3 məktəbi 100% nəticə göstərmişdir. Bunlardan H. Quliyev adına Çaytumas məktəb-liseyini bitirən 41, C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbini bitirən 12, R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbini bitirən isə 21 nəfər məzundan 14 nəfəri ali məktəbə sənəd vermiş və respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar. Eyni zamanda Xanlıq kənd 3 nömrəli tam orta məktəbin XIa sinfini bitirən 16 nəfər məzunun hamısı tələbə adını qazanmağa nail olmuşdur.

Qubadlı Rayon Təhsil Şöbəsi adından yüksək nəticə əldə etmiş məktəblərimizin rəhbərliyini, pedaqoji kollektivini  təhsilin keyfiyyətli təşkilinə, əldə etdikləri uğurlara görə təbrik edir, məzunlarımıza isə gələcək fəaliyyətlərində ən xoş arzularımızı çatdırırıq.

 


Açar sözlər: ,  ,  ,