09.09.2021

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş

08 sentyabr 2021-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, Şöbə əməkdaşları, məktəb rəhbərləri və məzunlar iştirak etmişlər.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ali təhsil müəssisələrinə qəbul imtahanlarından yüksək bal toplayan, eləcə də, tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik etmiş, müəllimlərə öz təşəkkürünü bildirmişdir.

Görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov 2020-2021-ci tədris ilində əldə olunan uğurlardan, uğura aparan yolda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmışdır.

Eyni zamanda rayon üzrə ən yüksək nəticə göstərən C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu Qasımova Röya Anar qızı, I ixtisas qrupu üzrə maksimum bal toplayan H. Quliyev adına Çaytumas məktəb-liseyin məzunu Pirizadə Nurlan Müşfiq oğlu, B. Məmmədov adına Fərcan kənd tam orta məktəbin məzunu Sevizadə Sevi Ehtiram oğlu və məktəb rəhbərləri, müəllimlər və valideynlər də çıxış edərək öz sevinclərini görüş iştirakçıları ilə bölüşmüşlər.

Sonda bir qrup təhsil işçisinə Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar verilmiş, yüksək nəticə göstərən məzunlara isə qiymətli hədiyyələr təqdim edilmişdir.


Açar sözlər: ,