21.09.2021

2021-2022-ci tədris ilində ilk dərslərin həsr olunacağı mövzu müəyyənləşdirilib

Belə ki, I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrdə qeyd edilib.

Əmrdə həmçinin rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib. Həmçinin yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili tapşırılıb.

 

2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

 


Açar sözlər: ,  ,  ,