27.09.2021

27 sentyabr - Anım Günü

Rayonun M. Əliyev adına Hal, B. Hüseynov adına Dəmirçilər, Şəhər 4 nömrəli tam orta məktəblərində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası, şagirdlərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş, parad keçirilmişdir.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, şöbə əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak etmişlər.

Tədbirin təşkilində məqsəd vətən torpağının bütövlüyünü bərpa edən, bu yolda canlarından keçən şəhidlərin əziz xatirəsini ölümsüzləşdirməkdən ibarətdir.

 


Açar sözlər: ,  ,  ,  ,  ,  ,