28.09.2021

Anım Günü ərəfəsində şəhid ailələri ziyarət edilib

Rayonun Q. Məmmədov adına Yuxarı Mollu, Teymur Müskanlı kənd tam orta məktəblərinin rəhbərliyi, müəllim və şagirdləri II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarının ailələrini ziyarət ediblər.

Görüşlərdə Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr ediləcəyi, şəhidlərin xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsüsi vurğulanıb.

 


Açar sözlər: ,  ,