07.10.2021

Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi, Azərbaycan dilində də “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan “Qarabağ” – “böyük bağ”, “sıx bağ”, “qalın bağ” mənasını kəsb edir. Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən şanlı Azərbaycan ordusu tərəfindən azad olmuş Qarabağ bu gün yenə də əvvəlki əzəmətini bərpa etdirir. 

Qarabağ! Azərbaycanımın dilbər guşəsi, musiqi beşiyi. Üzeyir, Cabbar, Xan vətəni, istedadlar diyarı! Bu səfalı torpaq xalqına Bülbül, Müslüm Maqomayev, Fikrət Əmirov, Xan Şuşinski, Sara Qədimova, Tükəzban Ismayılova, Qədir Rüstəmov kimi ustad sənətkarlar, şairə Nətavan yetişdirmişdir. Qarabağda dünyaya gələn hər kəsin mayası ana südü kimi musiqidən yoğrulmuşdur.

Qarabağ müharibəsi hər bir nəslin yaddaşında fərqli şəkildə özünü göstərir. Yaşlı və orta nəsil üçün Qarabağ xəyal deyil, canlı bir məkandır, gözəlliklər məskənidir və onun işğalı da, müharibədə həlak olan şəhidləri də gözlərin gördükləri reallıqlardır. Azərbaycan şairlərinin az da olsa bir qismi Qarabağ müharibəsinin canlı iştirakçısı olmuşlar, bir qismi əlinə silah götürməsə də, daima döyüşçülər qarşısında çıxış etmiş, onları qələbəyə ruhlandırmışlar. Bu şairlərin oğul itkilərini də unutmaq olmaz. Xəlil Rza Ulutürkə, Qaçay Köçərliyə oğul dağı çəkilib.

Qarabağın təbiəti də bir musiqidir, ahəng tutub gözəlliyə meydan oxuyub, füsunkarlığı ilə ürəkləri fəth edir. Əsrlər boyu Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Bu gözəl və qədim torpaqda insanlar mehribancasına yaşamış, qurub yaratmışlar. Qarabağ ərazisində qırxdan artıq millət yaşamışdır. Bəlkə də bizim zəifliyimiz bu olmuşdur. Qoynumuzda ilan bəsləmiş, erməni adlanan o mənfur insanlara qucağımızda yer açmışıq.

Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın güclü dövlət olduğunu və haqlı mübarizə apardığımızı bütün dünyaya bir daha nümayiş etdirdik.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirmişdir: “Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan artıq qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü və Azərbaycan xalqının təşəkkürünü bildirim. Siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.

Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar yalnız bir məqsədə xidmət edirdi. Qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”.

 

 


Açar sözlər: ,