14.10.2021

"II Qarabağ" müharibəsi qəhrəmanı - Rüfət Mustafayev

Qubadlı rayon İşıqlı kənd tam orta məktəbində 12 oktyabr 2021-ci il tarixdə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Mustafayev Rüfətin xatirəsi anılıb.

Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektivi, şagirdlər, "Vətən" müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri iştirak edib.

Anım tədbiri Azərbaycan Respublikası Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, səhnəciklərlə çıxış ediblər.

Tədbir iştirakçıları daha sonra Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyublar.


Açar sözlər: ,  ,  ,