26.11.2021

Aşıq Ələsgər - 200

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poezisiyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

O, bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır.

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Qubadlı rayonunun Teymur Müskanlı və S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəblərində “Aşıq Ələsgər - 200” adlı dəyirmi masalar keçirilmişdir.

Dəyirmi masalarda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər.

Tədbirlərdə şagirdlərin ifasında şeir kompozisiyaları, musiqi nömrələri səsləndirilmiş, Aşıq Ələsgərin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunmuş, şagirdlərin çəkdiyi rəsmlər nümayiş edilmişdir.

Tədbirlərin təşkilində əsas məqsəd Azərbaycan xalqının milli-mənəvi sərvəti olan Aşıq Ələsgər sənətinin təbliği, unudulmaması, qədim və müasir el havalarının öyrənilməsi və qorunmasıdır.

 


Açar sözlər: ,  ,  ,